Türkiyə və ABŞ generallarının kritik görüşü başa çatdı

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli bu gün NATO müdafiə nazirləri toplantısı çərçivəsində Pentaqon rəhbəri Ceyms Mettislə görüşəcək.

Beynelxalqinfo.com xəbər verir ki, görüş Ankara vaxtı ilə 20:00-da Brüsseldə keçiriləcək.

Pentaqon rəhbəri Ceyms Mettislə Nurəddin Caniklinin görüşündə “Zeytun budağı” əməliyyatı və Menbiç məsələsinin müzakirə ediləcəyi gözlənilir.

***

Brüsseldə Türkiyənin Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilir.

Görüşdə Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatı, ABŞ-ın Türkiyəyə qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış gərginliyə dair məsələlər və s. ətrafında müzakirələr aparılır.

Qeyd edək ki, son günlər Türkiyə rəsmiləri fasiləsiz olaraq bu ölkənin sərhəd qonşuluğunda PKK/PYD/YPG/İŞID terror qruplaşmalarına hərtərəfli yardım göstərilməsini əsas tutaraq ABŞ tərəfini kəskin ittiham edirlər.

***

Canikli ilə Mettis arasında görüş başa çatıb.

Görüşün 50 dəqiqə davam etdiyi bildirilib. Hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün Canikli İspaniya Müdafiə naziri Mariya Doloreslə də görüşəcək.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir