“Microsoft” blokçeyn əsasında eyniləşdirmə sistemini yaradacaq

“Microsoft” korporasiyası yaxın gələcəkdə desentralizasiya (mərkəzləşdirilməmiş) olunmuş identifikatorların yaradılması üçün blokçeyn texnologiyasından istifadə etməyi planlaşdırır.     “Microsoft”un mütəxəssisləri öz həllərini insanların fərdi məlumatlarının idarə olunması sahəsində tətbiq etmək fikrindədirlər.

   Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən yazır ki, ənənəvi eyniləşdirmə formalarının yenisi ilə dəyişdirilməsinə ehtiyac var. Buna görə istehsalçılar əmindirlər ki, hər hansı təşkilatın nəzarətində olmayan desentralizasiya olunmuş sistem uyğun gəlir. Desentralizasiya olunmuş ID istifadəçiyə öz eynilik və nüfuzu üzərində tam nəzarət verəcək, “Microsoft” tərəfindən blokçeyn əsasında yaradılmış mexanizmlər isə onları müvafiq şəkildə qorumağa imkan verəcək, çünki bu texnologiya məxfiliyi təmin etməyə və sahibinin icazəsi olmadan məlumatlara girişi məhdudlaşdırmaq qabiliyyətinə malikdir.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir