“LG” şirkətinin yeni smartfonunun xüsusiyyətləri məlum olub

Koreyalılar təkmilləşdirilmiş süni intellekt və yenilənmiş kameralarla təchiz edilmiş smartfon təqdim edəcəklər.
“LG” şirkəti Barselonada keçiriləcək “MWC” sərgisində qabaqcıl “V30” qurğusunun mükəmməl versiyasını təqdim edəcək. İnternetdə yeni smartfonda edilmiş təkmilləşdirmələrin siyahısı yerləşdirilib.
   Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən yazır ki, istehsalçılar sözügedən qurğunun süni intellekt sistemini təkmilləşdirəcəklər. “Slash Gear” nəşrinin məlumatına görə, “Google Assistant” səs köməkçisi eksklüziv olaraq  “LG” smartfonu üçün 32 yeni komanda əlavə edəcək.

Məlumdur ki, smartfon foto və video çəkilişlər üçün 9 komanda əldə edəcək. Nəşrin məlumatına görə, panorama çəkilişi, yeməyin fotoçəkilişləri, aşağı işıqlanma şəraitində çəkilişlər, şəkillərin axtarışı, kodun skan edilməsi və alış-verişin axtarışı kimi komandalar əlçatan olacaq.

Smartfon “2018 LG V30” adlandırılacaq.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir