Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

Beynelxalqinfo.com xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının “Naxavtoyol” Dövlət Şirkətinin əsasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

“Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” da təsdiq edilib. Agentliyin strukturu Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarından ibarət olacaq.(APA)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir