Yol polisi Astarada reyd keçirib

Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən istismar müddəti bitmiş və texniki cəhətdən nasaz idarə olunan nəqliyyat vasitələrinə qarşı reyd keçirilib.

Beynelxalqinfo.com APA-ya istinadən xəbər verir ki, reyd əsasən rayonun Siyəkü və Vaqo kənd yollarında, eyni zamanda Ələt-Astara avtomobil yolunun 219-cu km-də baş tutub.

Bir neçə saat davam edən yoxlamalar zamanı 50-ə yaxın sürücü məsuliyyətə cəlb edilib.

Reyddə texniki cəhətdən nasaz, əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər müəyyən olunaraq barələrində tədbir görülüb. Avtomobilləri isə cərimə meydançasına aparılıb.

Yollarda sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən bu kimi reydlər bundan sonra da davam etdiriləcək.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir