Pulsuz internet dövrü başlayır

Elon Maskın şəxsi aerokosmik şirkəti “SpaceX” Amerikanın Federal Kommisiyasından bütün planeti Vay-Fay sistemi ilə təmin edəcək peyklər qrupunun işə salınması ilə əlaqədar icazə istəyib.

Beynelxalqinfo.com xəbər verir ki, “Auternet” internet layihəsi yenidən gündəmə gəlib. Layihə çərçivəsində orbitə buraxılan 4425 peyk bütün Yer kürəsində yaşayan insanların 1Qbit/s sürətlə simsiz internetə girişini təmin edəcək. İlkin mərhələdə orbitə yalnız 800 peykin buraxılması nəzərdə tutulur. Bu isə bütünlükdə ABŞ ərazisini internetlə təmin etməyə kifayət edəcək. Şəbəkəyə heç bir şifrə tələbi olmadan giriş etmək olacaq.

Xatırladaq ki, sözügedən “Auternet” internet sistemi öz fəaliyyətinə hələ 2015-ci ildən başlamalı idi. Bütün planeti daimi və simsiz, etibarlı internet çıxışı ilə təmin etmək ideyası çoxdan olsa da, təklif dünən irəli sürülüb. Yaradılmış “Auternet” simsiz internet layihəsi çərçivəsində şəbəkəyə giriş bütün istifadəçilər üçün tamamilə pulsuz olacaq. Layihənin reallaşdırmasını ilk olaraq “Media Development Investment Fund” qeyri-kommersiya təşkilatı öhtəsinə götürsə də, test peyklərinin buraxılışında yaranan müəyyən problemlərdən dolayı özünü doğrultmadı. Hazırda isə Elon Mask bu layihənin gerçəkləşdirilməsini öz üzərinə götürüb./publika.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir