“Türkiyənin hücumundan qaçanlar Qarabağda gizlənir”

Türkiyə terrora və terrorizmə qarşı mübarizə aparır. Türkiyənin bu ədalətli mübarizəsi hamıya bəllidir.

Beynelxalqinfo.com xəbər verir ki, bu sözləri Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov assambleyanın siyasi komitəsindəki çıxışı zamanı deyib.

F.Muradov bildirib ki, Türkiyənin Afrində və digər bölgələrdə həyata keçirdiyi antiterror əməliyyatları zamanı sağ qalan terrorçular Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində və bəzi Avropa ölkələrində gizlənirlər. Sonradan onlar həmin bölgə və ölkələrdə terroru yaymaqla məşğul olurlar. Təəssüf ki, Avropa İttifaqı buna münasibət bildirmir.

F.Muradov Avronest PA-nı və digər Avropa təşkilatlarını bunu nəzərə almağa, belə hallara qarşı mübarizə aparmağa səsləyib./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir