İnstaqramda yeni funksiya istifadəyə verilib

İnstaqram sosial şəbəkəsində istifadəçilərə onlarla maraqlanan insanlar haqqında məlumat əldə etməyə kömək edəcək yeni funksiya istifadəyə verilib.

Beynelxalqinfo.com ICTnews-a istinadən xəbər verir ki, funksiya “Tarixçə” müəllifinə dərhal bildirişin skrinşotunun edilməsi haqqında xəbərdar olmağa imkan verəcək.

Bundan başqa, İnstaqram konkret istifadəçinin adını göndərəcək. Funksiya əks istiqamətdə də işləyir – bildirişə baxanlara “tarixçə” sahibinin onların hərəkətləri barədə məlumatlı olacağı barədə xəbərdarlıq ediləcək. Sosial şəbəkə nümayəndələri sözügedən funksiyanın hansı məqsədlə tətbiq edilməsini şərh etmirlər. “Tarixçə” müvəqqəti janr hesab edilir – onlar 24 saat sonra yoxa çıxacaq.

Lakin artıq proqram istifadəçiləri mühafizədən yan keçmə üsulunu kəşf ediblər. Onlardan biri “Tarixçə”ni açaraq smartfonu “təyyarə” rejiminə keçirən və skrinşot edən zaman İnstagramın istifadəçinin hərəkətlərini qeydə ala bilməyəcəyini bildirib.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir