Ermənilər həmsədrləri yola salıb, dərhal təlimə başladılar

Ermənistan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıb.

  Beynelxalqinfo.com xəbər verir ki, silahlı separatçılara rəhbərlik edən Levon Mnaçakanyan təlimlərin gedişini izləmək üçün əraziyə gəlib.

Yeni təlim mərhələsinin başlanması ilə əlaqədar bütün hərbi hissələrdə təntənəli mitinqlər keçirilib.

Musavat.com erməni tərəfinin bu hərbi aktivliyinin ATƏT-in Minsk Qrupu həmsdərlərinin regiona səfərindən dərhal sonraya təsadüf etməsinə diqqət çəkib.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri iki gün əvvəl Bakı, İrəvan və Xankəndidə görüşlər keçirmiş, hətta erməni ordusunun yerləşdiyi Ağdam, Zəngilan, Qubadlı və digər rayonlarda müşahidələr apararaq geri dönmüşdülər. Həmsədrlər geri dönən kimi erməni ordusu hərəkətə keçdi…

Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədrləri separatçıların “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyanla da ayrıca görüşmüşdülər. Bu da görüşün “nəticəsi”, – sayt qeyd edib.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir