Tələbələrin köçürülməsi qaydaları dəyişdi – Video

Bölgələrdəki ali təhsil müəssisələrinə köçürülmək istəyən tələbələr üçün şərtlər daha da sadələşdirilib. Artıq bölgələrdəki universitetlərə köçürülərkən tələbələrin qəbul imtahanında topladığı bal nəzərə alınmayacaq. Yeni qayda həm paytaxtdan, həm də başqa bölgədən köçürülmək istəyən tələbələrə şamil edilir.

Beynelxalqinfo.com “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlovun sözlərinə görə, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Əvvəlki qaydalara görə, tələbənin qəbul imtahanlarında topladığı bal köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından az olmamalı idi. Lakin bu ildən etibarən bölgələrdəki ali təhsil müəssisələrinə köçürülmək istəyən tələbələr üçün həmin məhdudiyyət ləğv edilir. Yeni qayda həm paytaxtdan, həm də başqa bölgədən köçürülmək istəyən tələbələrə şamil edilir.

Sülhəddin Gözəlov qeyd edib ki, dəyişiklik tələblərin köçürülməsindəki maneələri azaltdığına görə bu qış tətilində müraciət edənlərin sayı ötən ilin müvafiq dövründəkindən dəfələrlə çoxdur.

Tələbələr başqa ali məktəbə köçürüldükdən sonra isə bu qərardan imtina edə bilməyəcəklər.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir