“Facebook” yeni funksiyanı test etməyə başlayıb

“Facebook” digər istifadəçilərin şərhlərinə neqativ münasibət bildirmək imkanını verən yeni “downvote” adlı düyməni test edir.

Beynelxalqinfo.com Technote-yə istinadən xəbər verir ki, bir müddət öncə bəzi sosial şəbəkə istifadəçiləri “Facebook” qrupları paylaşımlarında bu yeni düyməyə rast gəliblər.

“Facebook” isə bu xəbərlərin yayılmasından sonra rəsmi olaraq bildirib ki, hazırda “dislike” düyməsi üzərində çalışmır:

“Biz ictimai səhifələrin paylaşımlarındakı olan şərhlərin qiymətləndirilməsi imkanını verən funksiyanı müşahidə edirik. Bu test yalnız ABŞ-da kiçik istifadəçi kütləsi vasitəsilə aparılır” – deyə şirkət bildirib.

“Downvote” düyməsi hansısa paylaşımda olan bu və ya digər şərhin aşağı düşməsinə imkan verir. Nəticədə istifadəçilər onları çox az ehtimalda görəcəklər. Bu yeni funksiya sosial şəbəkədə təhqir, “trolling” və s. kimi özəlliklərlə mübarizə aparmaq üçün düşünülüb.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir