An-148 təyyarəsinin istismarı dayandırıla bilər

Baş vermiş qəzadan sonra “An-148” təyyarəsinin istismarının dayandırılması haqqında qərar əlavə olaraq qəbul edilə bilər.

Beynelxalqinfo.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

“Bu qərar əlavə olaraq Hava Nəqliyyatı üzrə Federal Agentlik və Nəqliyyat Sahəsində Nəzarət üzrə Federal Xidmətin razılığı ilə şirkətin (“Saratov Hava Yolları” – Trend) rəhbərliyi tərəfindən qəbul edilə bilər”, deyə Sokolov bildirib.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus “An-148” sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.(Trend)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir