ABŞ generallarının özbaşına qərarı: Türk ordusuna mesaj…

ABŞ bir neçə gün əvvəl Əsədin tərəfində döyüşən qüvvələri güclü bombardmana məruz qoyub. Hadisə zamanı xeyli rusiyalı döyüşçünün öldüyü barədə məlumatlar var. Bunu Donetsk separatçılarının “müdafiə naziri” olmuş İqor Strelkov (Girkin) da təsdiqləyib. Amma ölən rusiyalılar nizami ordunun əsgərləri yox, “Vaqner qrupu” adlandırılan özəl hərb şirkətin muzdlularıdır.

  Beynelxalqinfo.com xəbər verir ki, bu haqda politoloq Şahin Cəfərli yazıb. O qeyd edib ki, həmin qrup Rusiya ordusundan və digər güc strukturlarından istefaya çıxmış zabitlərdən formalaşdırılıb:

“Bu qrup mütəşəkkil qaydada Donbasda Ukraynaya qarşı döyüşüb, Rusiyanın Suriya müharibəsinə müdaxiləsinin başlamasından sonra isə bu ölkəyə göndərilərək Rusiyanın qeyri-rəsmi quru qüvvəsi kimi İranın gətirdiyi qruplar və Hizbullahla bərabər, Əsəd hökumətini qorumaq tapşırığını uğurla icra edib. Rusiyanın, eləcə də Türkiyə və İranın işini çətinləşdirən əsas amil budur ki, ABŞ-ın siyasi rəhbərliyinin bilavasitə ərazidə baş verənlərə müdaxiləsi məhduddur. Tramp hərbçilərə çox inanır və yerlərdə onlara geniş təşəbbüskarlıq imkanı tanıyıb. Suriyada amerikalı generallar, hətta daha aşağı rütbəli zabitlər mümkün siyasi nəticələri çox da düşünmədən istədikləri qərarı qəbul edib, həyata keçirirlər. Onların son aqressiv əməliyyatı həm də Menbiçə girmək istəyən Türkiyəyə verilmiş mesaj idi”.

Politoloq önümüzdəki günlərdə əvvəlcə Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmasterin, gələn həftə isə ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə səfərinə də toxunub:

“Bu səfərlərin yekununda münasibətlər ya o yanlıq, ya da bu yanlıq olacaq. Artıq Konqresdə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini tələb edənlərin sayı artıb. Türkiyəyə qarşı İran embarqolarını pozmaq (Rza Zərrab məsələsi), Rusiya ilə hərbi və enerji sahəsində böyük sövdələşmələrə getmək (S-400, “Türk axını”) səbəbi ilə sanksiyalar tətbiq oluna bilər. Apreldə “erməni soyqırımı”nın Konqresdə rəsmən tanınması təhlükəsi də var, artıq yəhudi lobbiləri Türkiyəyə əvvəlki kimi dəstək vermir. Ankara isə bu durumda öz ərazisindəki hərbi bazalardan (İncirlik, Kürəcik) ABŞ-ın istifadəsini qadağan edəcək, Rusiya və İran ilə daha da yaxınlaşacaq. Belə görünür ki, Türkiyənin maraqlarına və narahatlıqlarına açıq etinasızlıq nümayiş etdirən amerikalı generallar bu təhlükəni gözə alıb. Amma bu neqativ ssenari münasibətlərin dibə vurması və qopma yaşanması durumunda gerçəkləşə bilər”./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir