Türkiyə Qüds üçün hərəkətə keçdi – Yeni qurum yaradılır

Türkiyənin Ali Təhsil Şurası (YÖK) Qüds probleminin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması üçün Qüds Araşdırmalarının Tətbiqi və Tədqiqatı Mərkəzinin yaradılmasına qərar verib.

Beynelxalqinfo.com xəbər verir ki, Qüdslə bağlı araşdırma mərkəzinin yaradılması təklifi Mərmərə Universitetindən irəli sürülüb.

Məlumata görə, Mərmərə Universiteti rektorluğunun sərəncamına veriləcək mərkəzə Qüds probleminin işıqlandırılması, Qüdsün tarixi, siyasi, iqtisadi mövqeyi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması məsələləri həvalə ediləcək. Mərkəz həmçinin Türkiyədə və dünyada Qüds məsələsi ilə bağlı araşdırma aparan qurumlarla koordinasiyalı şəkildə fəaliyyət aparacaq. Yeni yaranacaq qurum həmçinin Qüdslə bağlı konfranslar, tədbirlər təşkil edəcək, kitab, jurnal və hesabatlar dərc edəcək.

Mərmərə Universiteti nəzdində yaradılacaq Qüds Araşdırmalarının Tətbiqi və Tədqiqatı Mərkəzinin əsas vəzifələrindən biri alimləri Qüds problemi ilə bağlı namizədlik işlərinin yazılması və doktorluqmüdafiəsinə təşviq etmək olacaq./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close