Qarabağ əlilinin qatili həbs olunub.

Bakının Binəqədi rayonunda Qarabağ əlilinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.

Beynelxalqinfo.com xəbər verir ki, fevralın 5-də daxil olmuş məlumat əsasında 6-cı polis bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişi aşkar ediblər.

Həmin şəxs Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olduğu müəyyən edilib. Aldığı xəsarətlərin ağırlığı səbəbindən onun dindirilməsi mümkün olmayıb.

Həmin şəxs fevralın 6-da dünyasını dəyişib.

Mübariz Əhmədovun “Kamaz” markalı yük avtomobili ilə vurulduğu ortaya çıxıb. Onu vurub hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü – Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, Mübariz Əhmədov Qarabağ müharibəsi əlili olub. Onun dünən mətbuatda döyülərək öldürülməsi barədə xəbər yayılmışdı./virtual.org

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close