“Super Mario” haqqında animasiya filmi çəkiləcək

Yaponiyanın videooyunlar istehsal edən “Nintendo Co., Ltd.” şirkəti “Illumination Entertainment” ilə birgə uşaqların məşhur oyun qəhrəmanı “Super Mario” haqqında film çəkmək niyyətindədir.

Beynelxalqinfo.com xəbər verir ki, filmə “Illumination Entertainment” kinoşirkətinin baş icraçı direktoru, “Buz dövrü”, “Mən yaramazam” animasiya filmləri ilə tanınan Kristofer Meledandrinin və “Nintendo”nun baş idarəedici direktoru, “Mario”, “Donkey Dong” kimi seriyaların yaradıcısı Siqeru Miyamotonun prodüserlik edəcəyi bildirilir.

Filmin istehsalını “Universal Pictures”in dəstəyi ilə “Nintendo” şirkəti maliyyələşdiriləcək.

Kinoteatrlarda animasiya filminin prokatına “Universal Pictures” cavabdeh olacaq./trend

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir