“Google”un proqramı hava reyslərinin gecikməsini öncədən proqnozlaşdıra bilir

Təyyarə biletlərinin axtarışı və alınması üçün nəzərdə tutulmuş “Google Flights” servisinin proqramçıları hava reysinin mümkün ola bilən gecikməsini öncədən proqnozlaşdırmağa və bu barədə istifadəçini məlumatlandırmağa imkan verən süni intellekt elementlərindən istifadə ediblər.

Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki, sistem mümkün ola bilən gecikməni proqnozlaşdırmaq üçün təyin edilmiş marşrut üzrə əvvəlki uçuşların statistikasını təhlil edir və gecikmə ehtimalı ən azı 80% olduğu halda istifadəçini bu barədə xəbərdar edir. Bu halda “Google” şirkətindən bildirilib ki, söhbət yalnız proqnozdan gedir və sərnişinlər vaxtında hava limanında olmalıdır.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close