“Airbus” konserni tərəfindən hazırlanmış uçan taksi ilk uçuşunu yerinə yetirib

“Airbus” aviatikinti konserninin A3 bölməsi tərəfindən hazırlanmış “Vahana” adlı sürücüsüz hava taksisi ilk uçuşunu yerinə yetirib. Bu haqda layihənin bloqunda məlumat verilib.

      Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki,  31 yanvar tarixində Pendltonda yerləşən aerodromda yerinə yetirilmiş sınaq uçuşunda uzunluğu 6,2 metr, eni 5,7 metr olan “Vahana” sürücüsüz hava taksisinin prototipi 5 metr hündürlüyündə şaquli uçub, 1 dəqiqə müddətində havada qalıb və rahat şəkildə yerə enib. Növbəti gün prototip ikinci uçuşu həyata keçirib.

Qeyd edək ki, başqa şirkətlər də hava taksisi hazırlamaqla məşğuldurlar. Məsələn, ötən ilin sentyabrında Almaniyanın “Volocopter” (E-volo) şirkəti tərəfindən hazırlanmış “Volocopter 2X” adlı sərnişin dronu Dubayda ilk sınaq uçuşunu yerinə yetirib.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close