Yeni bank troyanı aşkar edilib

Təhlükəsizlik üzrə mütəxəssislər yeni bank troyanı Mezzo və xüsusilə də onun 2 modifikasiyasını aşkar ediblər.

  Beynelxalqinfo.com məlumat verir ki, onlardan biri yoluxmuş qurğuda mövcud olan mühasibat faylları haqda informasiya toplayır, ikincisi isə mühasibatlıq və bank sistemləri arasındakı fayllarda rekvizitləri dəyişdirməyə qadirdir.

Mütəxəssislərin sözlərinə görə, hal-hazırda proqram sadəcə faylları toplayır, ondan sonra isə informasiya olan mətn fayllarını hakerlərə məxsus xüsusi serverlərə göndərir. Bu onu göstərir ki, zərərvericinin müəllifi gələcəkdə daha iri kompaniyaya hazırlaşır və hal-hazırda isə hədəfləri haqda informasiya toplayır.

Mezzo kənar proqram-yükləyicilərin köməkliyilə yayılır. Qurğunu yoluxduraraq troyan onun üçün unikal identifikator yaradır. Zərərverici proqram təminatı istifadəçinin kompüterində məşhur mühasibatlıq proqramlarının mətn fayllarını akşar etmək üçün nəzərdə tutulmuşdur.

Ekspertlər Mezzonun zərərverici CryptoShuffler proqram təminatı ilə mümkün əlaqələrinin olduğunu aşkar ediblər, hansı ki, istifadəçilərin hesablarından kriptovalyutaları ələ keçirmək üçün nəzərdə tutulub./xeberler.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir