Xüsusi təyinatlılar sərhədə yeridildi – Afrində ilk əməliyyat

Türk ordusu və ASO “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin Raco mahalında məskunlaşma ərazisində keçiriləcək ilk əməliyyata başlayacaq.

Beynelxalqinfo.com xəbər verir ki, bununla bağlı “Vətən” qəzeti informasiya yayıb.

Məlumata görə, Raco yaxınlığında ağır itkilər verərək strateji yüksəkliklərə nəzarəti itirən terrorçular mərkəzə çəkilərək mülki insanlardan qalxan olaraq istifadə etməyə başlayıb. Bunun qarşısını almaq üçün hazırlıqlar aparan türk ordusu və ASO əraziyə çoxlu canlı qüvvə və hərbi texnika göndərib.

Raco bölgəsində əməliyyat başlayacağı halda terrorla mübarizə sahəsində kifayət qədər təcrübəyə malik olan xüsusi təyinatlı polis və jandarm qüvvələri də müdaxilə üçün sərhəddə hazır vəziyyətdə gözlədilir./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıklap

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir