Vladimir Putin idmançılardan üzr istəyib

“Sizi dopinq qalmaqalından qoruya bilmədiyimizə görə bizi bağışlayın”.

    Beynelxalqinfo.com “Report”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pxençxanda keçiriləcək “Qış Olimpiya Oyunları-2018″də ölkəni təmsil edəcək idmançılarla görüşü zamanı deyib.

V.Putinin sözlərinə görə, Rusiya həmişə təmiz rəqabət ideyasını dəstəkləyib.

Prezident həmçinin “Qış Olimpiya Oyunları-2018″ə gedən idmançılara uğurlar arzulayıb və onları fikirlərini yalnız idman mübarizəsinə yönəltməyə çağırıb.

Qeyd edək ki, ötən il dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya milli komandasını Olimpiadadan kənarlaşdırıb. Ümumdünya Antidopinq Agentliyinin apardığı araşdırmalarla əlaqəli olmayan rusiyalı idmançılar isə Oyunlarda himn olmadan və Olimpiya bayrağı altında çıxış edəcəklər.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir