Nazir yeni sədr təyin etdi

Samir Əli Hüseyn oğlu Axundov Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsinin İdarə Heyətinin sədri təyin edilib.

 Beynelxalqinfo.com xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov əmr imzalayıb.

S.Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə Siemens AG-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, Siemens-AG Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, Siemens-AG Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman-Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir