“Kremlin hesabatı”na düşən azərbaycanlı milyarder danışdı

Vaşinqton Rusiya elitası arasında nifaq yaratmaq istəyir.

  Beynelxalqinfo.com xəbər verir ki, bunu RBK-ya açıqlamasında əslən azərbaycanlı olan rusiyalı milyarder Fərhad Əhmədov söyləyib.

“Rusiya elitasında qorxu, qeyri-müəyyənlik və hakimiyyətdən narazılıq hissi yaratmaq istəyirlər. Niyə Rusiyanın böyük biznesinin hamısı ABŞ-ın düşməni elan edilir? Kim bunu məsləhət görüb? Bu bir müddət əvvəl totalitar olan ölkəni iqtisadi azadlıqlara təşviq etməkdir? Absurddur!”

Onun sözlərinə görə, rus biznesinin artıq öz səsi olmalıdır:

“Rusiya oliqarxlarının siyahısına “Forbes”in sərvətimi 1 milyard dollar hesab etdiyinə görə düşmüşəm. Bu, sadəcə olaraq, şərtidir. Bu siyahıda yalnız dediyim kriteriyaya görə yer almışam. Kimin sərvəti 1 milyarddan az olub, onu dərhal Kreml əleyhdarı kimi tanıyıblar”.

Qeyd edək ki, dünən ABŞ-ın yayımladığı “Kreml hesabatı”na azərbaycanlı 5 milyarderin adı düşüb: Fərhad Əhmədov, Araz Ağalarov, Qod Nisanov, Vahid Ələkbərov və Zarax İliyev./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir