İranda qadınlar geyim qaydalarına etiraz olaraq aksiya keçiriblər – VİDEO

 

  İranda hakimiyyətin 38 ildir qadınlara tətbiq etdiyi geyim qaydalarına etiraz olaraq zərif cinsin nümayəndələri Tehranın müxtəlif yerlərində aksiya keçiriblər.

Beynelxalqinfo.com “Report”a istinadən xəbər verir ki, qadınların tənha şəkildə aksiya keçirməsi son aylar ənənə halını alıb.

Qeyd edək ki, 2017-ci il dekabrın 27-də 1,5 yaşlı körpə qız anası, 31 yaşlı Vida Müvəhid Tehranın İnqilab prospektində baş örtüyünü bayrağa çevirərək saçları tökülmüş vəziyyətdə etiraz aksiyası keçirmişdi. İranlı hüquq müdafiəçisi Nəsrin Sütudə polisin həmin gün qadını həbs etsə də, yanvarın 28-də sərbəst buraxdığını bildirib.

Yanvarn 29-da isə Vida Müvəhidin hərəkətini bir neçə qadın təkrarlayıb.

 

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir