Yeni nəsil “iPad” planşeti 2018-ci ilin sonunda təqdim olunacaq

Nüfuzlu analitikin versiyasına görə, yeni “iPad” planşeti neyron şəbəkəsinə malik prosessor və “Face ID” texnologiyası ilə təchiz ediləcək.

Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən  xəbər verir ki, “Apple” şirkəti 2018-ci ilin sonunadək yeni “iPad” planşeti təqdim etməyə hazırlaşır. Bu haqda tanınmış analitik Mark Qurman “Bloomberg” nəşrinə deyib.

Onun fikrincə, “Apple” şirkəti cari ilin sonunadək yeni “iPad” planşeti təqdim edəcək. Həm də bu, süni intellekt və neyron şəbəkəsi dəstəyinə malik prosessorla təchiz edilmiş planşet olacaq. Ekspert düşünür ki, şirkət yeni nəsil “iPad” planşetini “Face ID” biometrik skaneri ilə təchiz edəcək.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir