Azərbaycanlı qazinin Afrin çağırışı türk mediasında – Video

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi Afrin əməliyyatlarında PKK terrorçularına qarşı döyüş aparan türkiyəli əsgərlərə dəstək olmaq məqsədilə video hazırlayıb.

Beynelxalqinfo.com xəbər verir ki, Türkiyə mediasında yayılmış videoda qazi Qarabağ uğrunda döyüşdüyü kimi, Türkiyə üçün də canını verməyə hazır olduğunu bildirib:

“Türk qardaşlarım Afrində haqq döyüşü aparır. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsirlər. Bir Azərbaycan qazisi, bir türk oğlu olaraq türk qardaşlarıma səslənirəm: Ayağımı və gözümü öz doğma torpaqlarım olan Qarabağda fəda etdiyim kimi, canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizləri qorusun, güc qüvvət versin”./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir