Azərbaycanın ən iri bankı avropalılara satılır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökuməti ilə Beynəlxalq Bankda dövlətə məxsus payın bir hissəsinin əldə edilməsi ilə bağlı danışıqlar aparır.

Bu barədə Trend AYİB-in baş ofisinə istinadən xəbər verib.

“AYİB-in Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesində iştirakı əvvəlkitək ölkə hökuməti ilə danışıqlarımızın predmetidir. Anlamaq lazımdır ki, bu kifayət qədər iddialı layihədir və baxılması, təsdiqlənməsi, gerçəkləşdirilməsi üçün müəyyən qədər vaxt lazımdır”, – agentliyin həmsöhbəti deyib.

Daha öncə AYİB-in prezidenti Suma Çakrabarti bildirmişdi ki, AYİB Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasına və profilinin dəyişdirilməsinə kömək etməyə şad olardı. Eyni zamanda, onun sözlərinə görə, ABB-də korporativ idarəetmə sisteminin yenidən təşkili halında AYİB Azərbaycan bankının səhmdarı olmaq imkanına baxa bilər.

Bir hətfə bundan əvvəl məlum olmuşdu ki, Beynəlxalq Bank xarici kreditorlar qarşısında öhdəliklərinin restrukturizasiyası müddətinin uzadılması üçün rayon məhkəməsinə müraciət etmişdi. Bank ona daha 180 gün möhlət verilməsini istəmişdi.

London Yüksək Məhkəməsi isə Rusiya Federasiyasının ən iri bankı olan “Sberbank”ın və “Franklin Templeton” fondlar ailəsinin borcların restrukturizasiyası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankına qarşı tələblərini dəstəkləmişdi.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir