Nazirimiz orda qəbul keçirir – Azərbaycanda ilk

Azərbaycanda ilk dəfə nazir işğaldan azad olunmuş ərazidə vətəndaşlar üçün qəbul keçirəcək.

Beynelxalqinfo.com xəbər verir ki, Ədliyyə naziri Fikrət Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul fevralın 23-də olacaq.

Qeyd edək ki, 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. Lakin həmin kəndə aid Lələ təpə yüksəkliyi erməni işğalçılarının əlində qaldığından, Cocuq Mərcanlıda yalnız bir azərbaycanlı ailəsi yaşayırdı. 2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bundan sonra kənd yenidən qurulub, burada yeni evlər tikilib, müvafiq insfrastrukturun tikintisi aparılıb, əhali kəndə köçüb. Keçən il iyunun 17-də Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.(report)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir