MTRŞ bu kanallara 600 min ayırdı

Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya ayrılmış 3 milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (Lider TV, Xəzər TV, ATV, ARB TV, Speys TV) 600 min manat ayrılması barədə qərar qəbul edilib.

Şuradan  Beynelxalqinfo.com-a verilən məlumata görə, iclasda həmçinin Avto FM radiosunun ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və Azərspeys-1 (Azerspace-1) peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul edilib.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir