Azərbaycanda yeni təriqət yayılıb – “Şərqdə ulduz”

Gəncə şəhəri, Nizami rayon sakini 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.

Beynelxalqinfo.com xəbər verir ki, araşdırma zamanı onun xristian yönümlü “Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub. Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, “Şərqdə ulduz” xristian yönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir.(report)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir