Türk ordusu Afrində hansı silahlardan istifadə edir? – Rəsmi

Hərbi əməliyyatların başladığı gündən etibarən Afrində yerləşən dini, mədəni, tarixi abidələr və ictimai obyektlər hədəfə alınmayıb. TSQ tərəfindən atəşə tutulan hədəflərin hamısının görüntüləri lentə alınıb, saxlanılır.

  Beynelxalqinfo.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrində terrorçulara qarşı başladılmış “Zeytun budağı” əməliyyatları ilə bağlı açıqlamasında qeyd olunub.

TSQ yalnız terrorçulara aid düşərgələrin, sığıncaqların, avtomobil və digər vasitələrin hədəfə alındığını vurğulayıb və əməliyyatlarla bağlı dezinformasiya yayan mətbu orqanlarını tənqid edib:

“Hərbi Hava Qüvvələrimiz tərəfindən kimyəvi, bioloji və buna bənzər beynəlxalq hüquq və müqavilələr tərəfindən qadağan olunmuş silahlardan istifadə edilmir. Ümumiyyətlə, belə silahlar TSQ-nin bazasında yoxdur”.

Qeyd edək ki, TSQ Afrin əməliyyatlarının Türkiyənin hüquqi qanunvericiliyi, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə istiqamətlənmiş 1624, 2170 və 2178 saylı qətnamələri və BMT razılaşmasının 51-ci maddəsində göstərilmiş özünümüdafiə hüququ çərçivəsində Suriyanın ərazi bütövlüyünə hörmət etməklə həyata keçirildiyini və mülki vətəndaşların zərər görməməsi üçün son dərəcə ehtiyatlı davrandıqlarını açıqlamışdı./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir