Moskva kürdlərlə danışıqlar aparır – Afrin əməliyyatı

Kürdlər Afrini Suriya hökumət qüvvələrinin nəzarətinə verməyə meyil edirlər.

Beynelxalqinfo.com xəbər verir ki, bu barədə informasiyanı “İzvestiya” qəzeti yayıb. Qəzetin YPG-dəki mənbəsi isə kürdlərin Dəməşqlə danışıqlara Türkiyənin “Zeytun budağı” əməliyyatından sonra başlatdığını bildirib:

“Biz şəhəri və onun ətrafındakı rayonları verməyə hazırıq, amma bununla bağlı zəmanət almalıyıq. Dəməşq bizim maraqlarımıza zərər verməməlidir”.

“İzvestiya”ya danışan rusiyalı mənbə isə kürdlərlə Dəməşqi məhz Moskvanın barışdırmağa çalışdığını və kürdləri Afrini Dəməşqə verməyə səslədiyini söyləyib.

Qəzetə bu informasiyanı Rusiyadakı Kürdlərin Federal Milli Mədəni Muxtariyyat Şurasının rəhbəri Fərhad Patiyev də təsdiqləyib. Onun sözlərinə görə, hazırda Dəməşqlə kürdlər arasında bu danışıqlar həqiqətən aparılır və hər bir tərəfin razılaşma üçün öz şərtləri var.

Suriya Müdafiə Nazirliyinin generalı Samir Süleyman isə Afrinə kürdlərdən icazə alaraq girməyəcəklərini deyib:

“Biz dəvətə və özəlliklə icazəyə ehtiyac duymuruq. Afrinə girmək Suriya ordusunun hüququdur. Bu bölgə Suriyanın bir hissəsidir. Bu rayonlara girmək haqqında qərar veriləndə hərbçilər bunu edəcəklər”.

Qeyd edək ki, bundan öncə Rusiyanın YPG-yə Afrini Dəməşqin tabeliyinə verməyi təklif etdiyi, ancaq terror qruplaşmasının bu təklifdən imtina etdiyi, buna görə də Moskvanın Türkiyənin hərbi əməliyyatlarına dəstək verdiyi bildirilmişdi./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir