İran Türkiyəni arxadan vurmağa çalışır

İran Türkiyənin “Zeytun budağı” əməliyyatına açıq şəkildə qarşı çıxmır, amma hiyləgər şəkildə bunu gizli olaraq sabotaj etməyə çalışır.

Beynelxalqinfo.com  xəbər verir ki, bunu “Yeni Birlik” qəzetindəki məqaləsində Türkiyə prezidentinin baş məsləhətçisi İlnur Çevik qeyd edib. Onun sözlərinə görə, İran mediasının bu əməliyyata yanaşması ölkənin Türkiyəyə qarşı hansı mövqeni tutduğunu göstərir:

“İran yanımızda olduğunu göstərib Türkiyəni arxadan vurmağa çalışır. İranlıların keçmişdə PKK-ya dəstək olduqları, hətta Türkiyəyə qarşı PKK-nın İran sərhədlərindən istifadə etməsinə göz yumduqlarını kar sultan belə eşidib. İrana qarşı bütün beynəlxalq təzyiqlərdə Türkiyə hər zaman Tehrana yardım edib, amma heç vaxt eyni dəstəyi İrandan görməyib.

Amerikalılar PKK, PYD və YPG-ni açıq şəkil dəstəklədiyi halda İran bunu gizli və hiyləgərcəsinə edir. Demək ki, İran Türkiyənin Suriyadakı sülhə qatqılarından heç məmnun deyil. Çünki Türkiyə girdiyi yerlərə sülh, təhlükəsizlik gətirir. İran isə Suriya rejimi ilə bərabər hər şeyi yandırıb yox edir və yerinə məntiqli heç nə ucalda bilmir”./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir