Dünyada “Chrome OS” sistemi ilə işləyən ilk planşet hazırlanıb

Londonda keçirilən “BETT 2018”  sərgisinin ziyarətçilərindən biri əvvəllər yalnız noutbuklara quraşdırılan “Chrome OS” əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk  planşetin təsvirini dərc edib.

Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən yazır ki, bu planşetlə bağlı heç bir məlumat yoxdur. “ChromeUnboxed” nəşri yazır ki, planşetin ekranının ölçüsü təxminən 8-10 düym olar. Həmçinin qurğu “Staedtler” stilusunun köməyi ilə daxiletməni dəstəkləyir.

“Google” artıq 1 il olar ki “Chrome OS” əməliyyat sisteminin planşetlər üçün uyğunlaşdırılması ilə məşğul olur.
Planşet istehsalı ilə internet nəhənginin özü və ya tərəfdaşların məşğul olacağı məlum deyil. Bundan başqa, son ildə “Chrome OS” ilə işləyən planşet istehsal edilməyib.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir