T-90-lar ABŞ tanklarını geridə qoyur – Roble

ABŞ-ın “Abrams” tankları özünün Rusiya və Çindəki rəqiblərinə nisbətdə çox yavaşdırlar.

Beynelxalqinfo.com xəbər verir ki, bu sözlər amerikalı hərbi analitik Sebastyan Roblenin “Neşinl İnterest” jurnalında dərc olunan məqaləsində yer alıb. Analitik “M1 Abrams”ın Rusiyanın T-90MC və Çinin Tip-99 tankları ilə fərqlərinə diqqət yetirib:

“Sürət baxımdan “Abrams” öz rəqiblərindən geridə qalıb. Belə ki, yolda “Abrams” maksimum 68 km/saat sürət yığa bildiyi halda T-90-lar 72 km/saat, Tip-99-lar isə 80 km/saat sürət yığa bilirlər. Rusiya və Çin tankları heç bir yanacaq qəbul etmədən 480 kilometr hərəkət etdikləri halda, “Abrams”ın bu göstəricisi 390 kilometrdir.

Lakin “Abrams” 120 millimetrlik top və M829 sursatı ilə təchiz olunub və bu, düşmən tanklarının zirehində 15-20% daha dərinə nüfuz etməyə imkan yaradır. Bu da Rusiya və Çin tanklarının 125 millimetrlik topları ilə müqayisədə böyük üstünlük hesab olunur”.

Ekspertin fikrincə, ABŞ tankları daha böyük atəş gücünə sahibdirlər. Çin tankları isə sürətli, geniş radiusda hərəkət fəaliyyətinə və daha yaxşı müdafiə imkanlarına malikdirlər. Rusların T-90-nı isə “Relikt” müdafiə sistemləri, optik nişangah və daha güclü mühərrik sayəsində ciddi rəqabətə girə bilirlər.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir