PKK-nın kəşfiyyat mərkəzi ələ keçdi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Burseya dağının cənubundakı Kastel Cündo kəndini ələ keçirib.

Beynelxalqinfo.com xəbər verir ki, bu barədə “Axşam” qəzeti məlumat yayıb.

Əməliyyat zamanı kəndin PYD/PKK terrorçularından təmizləndiyi bildirilib.

Qeyd edək ki, türk ordusu bu gün Burseya dağını azad edib.

***

Kastel Cündo kəndini terrorçulardan təmizləyən türk ordusu burada PKK/PYD-yə məxsus kəşfiyyat mərkəzinin binasını ələ keçirib.

Mərkəzdə tapılan sənədlərdə terror təşkilatının yüksək rütbəli üzvlərinin fotoları da aşkarlanıb.

Məlumata görə, minlərlə ərəb, türkman gənc bu binada işgəncələrə məruz qaldıqdan sonra Əsəd rejiminə hərbçi kimi xidmət etməyə göndərilirmiş./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir