Azərbaycanlı ər-arvad 200 porsuq dərisi ilə tutuldu

İstanbulun Atatürk hava limanında külli miqdarda porsuq xəzini Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən azərbaycanlı ər-arvad saxlanılıb.

Beynelxalqinfo.com xəbər verir ki, hava limanının gömrük xidməti əməkdaşları Ukraynanın Odessa şəhərindən gələn Azərbaycan vətəndaşı Ş.A.-nın və ərinin hərəkətlərindən şübhələnib. Gömrük əməkdaşları onları izləməyə başlayıb və aerportun Xarici Xətlər Terminalında saxlayıb. Onların yükünə baxış keçirilərkən vakkum paketlərə qablaşdırılmış halda 200 ədəd porsuq xəzi aşkar edilib. Aşkar edilən xəzin bazar qiymətinin 45 min TL-dən çox olduğu bildirilir. Azərbaycanlı ər-arvadın barəsində müvafiq tədbirlər görülüb, qaçaqmal müsadirə olunub./Virtualaz.org

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir