ABŞ “bütün bombaların anası”nı modernləşdirdi

ABŞ Hərbi Hava Qüvvələri özünün ən güclü qeyri-nüvə bombası olan GBU-57-ni modernləşdirib.

Beynelxalqinfo.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Emili Qrabovski söyləyib. Onun sözlərinə görə, yeni modifikasiyalı bomba torpağın dərin qatlarındakı hədəflər üçün daha effektiv vəziyyətə gətirilib.

Qeyd edək ki, bundan öncə ABŞ Əfqanıstanda GBU-43/B bombasını tətbiq edib. Bu bomba Pentaqon tərəfindən “bütün bombaların anası” adlandırılıb.

GBU-57 bombası ümumilikdə 13 ton çəkiyə malikdir. O 61 metr dərinlikdəki bütün hədəfləri məhv etmək gücündədir. Bu bombaları yalnız B-2 bombardmançıları daşıya bilir.

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir