Türkiyə bütün dünya üçün savaşır – Səməd Seyidov

Avropa bunu başa düşmür ki, bu gün Türkiyə təkcə Türkiyə üçün deyil, Avropa üçün də savaşır. Türkiyə bütün dünya üçün savaşır.

Beynelxalqinfo.com xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin sədri Səməd Seyidov Anadolu agentliyinə müsahibəsində deyib.

AŞPA-dakı çıxışında Türkiyənin mövqeyini müdafiə etdiyinə görə Prezident Rəcəb Tayyib Ərdoğanın ona təşəkkür etməsindən şərəf duyduğunu bildirən S.Seyidov vurğulayıb: “Türkiyə bizim canımız, döyünən ürəyimizdir. Azərbaycan və Türkiyə münasibətləri bu gün bütün ölkələr üçün örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mehriban qardaşlıq münasibətləri var. Türkiyənin problemi Azərbaycanın problemi, sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir”.

Azərbaycanlı deputat qeyd edib ki, “Zeytun budağı” İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatdır. Bu, nə işğal, nə də hücumdur. Bu, terrora qarşı aparılan və bölgənin terrorçulardan təmizlənməsinə yönəlmiş əməliyyatdır.

Prezident Ərdoğanın minnətdarlığı ilə bağlı fikrini bildirən S.Seyidov deyib: “O qiymət mənə deyil, Azərbaycan-Türkiyə münasibətlərinə verilib. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti burada da duyulmaqdadır və bundan sonra da duyulacaq. Biz də bir əsgər kimi, dövlət başçılarının tapşırıqlarını yerinə yetirmək üçün həmişə hazırıq”.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir