Bakıda internetin sürət və keyfiyyəti artırılır

Bakı Telefon Rabitəsi MMC (Baktelecom) telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və  xidmət çeşidinin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir.  

Baktelecom tərəfindən son nəsil simsiz rabitə (LTE) texnologiyasının tətbiqi zəif infrastrukturlu ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsinə imkan yaradır.

Qurumdan Beynelxalqinfo.com-a verilən məlumata görə, 100 mb/s məlumat ötürmə sürətinə  malik olan LTE ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur.

Artıq Bakının 2 ərazisində bu texnologiya pilot layihə şəklində həyata keçirilir. Paytaxt ətrafı kənd və yaşayış massivlərində də yeni stansiyalar qurulur. Beləliklə, cari ilin mart ayından rabitə infrastrukturunun məhdud olduğu ərazilərin sakinləri internet və digər rabitə xidmətləri ilə təmin olunacaq.

Digər layihə istifadəçiləri yüksəksürətli internetlə təmin etmək imkanı yaradan GPON texnologiyasının tətbiqidir. Baktelecom genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək məqsədilə bu texnologiya ilə 30 minə yaxın mənzildə müvafiq infrastruktur yaradıb, 5000-ə yaxın mənzil isə GPON texnologiyası əsasında  rabitə xidmətləri ilə təmin olunub.

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir