İrəvanda döyüş hazırlığı: Dəhşətli 8 gün

Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si saat 12:00-da keçiriləcəyini açıqlayıb. Bu açıqlamanın verildiyi gün Ermənistan Prezidenti Serj Sərkisyan Fransaya səfərə getdi. Sərkisyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdü. Aprelin 9-da prezident səlahiyyətlərini təhvil verəcək Sərkisyanın Fransa səfəri təsadüfi deyil.

Beynelxalqinfo.com Publika.az-a istinadən xəbər verir ki, erməni siyasi şərhçi Aykazn Qaqriyan Ermənistanın birinci şəxslərinin Moskvadan asılı olmasına baxmayaraq, Parisdə “xaç suyuna salındıqları”nı yazıb:

“Levon Ter-Petrosyan da, Robert Köçəryan da, Serj Sərkisyanın özü də bunu edib. Sərkisyan prezident səlahiyyətlərini təhvil verəndən sonra baş nazir olaraq ölkəni idarə etmək niyyətini gizlətmir. Fransa səfəri də onun “xaç suyuna salınmaq” istəyi, yəni Parisin dəstəyini almaq gedişinə hesablanıb”.

Lakin erməni şərhçi Ermənistanı anarxiya günlərinin gözlədiyini də qeyd edib.

“Sərkisyan səlahiyyətlərini 9 apreldə təhvil verəcək, baş nazir seçkiləri isə həmin ayın 17-də keçiriləcək. Arada qalan 8 gün anarxiya günləri olacaq. Doğrudur, parlament əvəlcə prezidenti seçəcək, həmçinin, müvəqqəti baş nazir və spiker vəzifələrini icra edəcəklər, yəni de-yure vəzifələr boşalmayacaq, lakin de-fakto hər şey havadan asılı olacaq. Sarkisyan 9 apreldən sonrakı 8 gün ərzində yalnız Respublika Partiyasının və Şahmat Federasiyasının rəhbəri postunda qalacaq. Lakin onun üçün bu 8 gün dəhşətli dövr olacaq”, – deyə o bildirib.

A.Qaqriyan bildirib ki, baş nazir olmağa hazırlaşan Sərkisyan bütün komandasını döyüş hazırlığına gətirib:

“Çünki 9 apreldən 17 aprelə qədərki günlər ən təhlükəli dövrdür və çevriliş kabusu Sarkisyanın başının üzərini kəsdirib”.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir