Fransadan Türkiyəyə Afrin çağırışı

Türkiyəni Suriyada ehtiyatlı olmağa səsləyirik.

Beynelxalqinfo.com xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Fransanın təşkilatdakı Daimi Nümayəndəliyinin rəhbəri Fransua Delatre söyləyib.

“Fransa Türkiyənin təhlükəsizlik və sərhədləri haqqında narahatlıqlarını anlayır. Türkiyə Suriyada olduqca dəyişkən vəziyyət qarşısında ehtiyatlı olmalıdır. Müttəfiqlər arasında birliyi qorumaq həyati önəm daşıyır”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin “Zeytun budağı” əməliyyatından dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının toplantısını çağırmışdı. Parisin bu addımı Ankaranın etirazına səbəb olmuşdu.

BMT TŞ-nin iclası bu gecə baş tutub. İclas qapalı keçirilib.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir