Türkiyə Suriyadan raket atəşinə tutulub: 1 nəfər ölüb, 54-ü yaralanıb

Türkiyə şəhərlərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb.

Beynelxalqinfo.com xəbər verir ki,  bu barədə Türkiyənin Hatay əyalətinin administrasiyası məlumat yayıb.

“PYD terrorçuları tərəfindən Hatay əyalətinin Reyhanlı şəhərinə 11 raket atılıb. Onlardan 9-u şəhər ərazisinə düşüb. Nəticədə 47 nəfər yaralanıb. Onlardan 30-u Türkiyə, 17-si isə Suriya vətəndaşıdır. Yaralıların hamısı şəhər xəstəxanasına aparılıb. Bir Suriya vətəndaşı ölüb, 4 nəfər xəstəxanada müalicəsini davam etdirir, 42 nəfər evə buraxılıb”, – deyə bəyanatda bildirilir.

Kilis administrasiyasının məlumatına görə, bu şəhər də Suriyanın Afrin bölgəsindən raket atəşinə məruz qalıb. Burada 4 raket partlayıb, nəticədə 7 nəfər yaralanıb.(report)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir