Türk komandosları da Afrinə girdi – Əməliyyat

 Suriya Ordusunun qüvvələri Afrində PKK-PYD qruplaşmasının nəzarətində olan bölgəyə daxil olub.

Beynelxalqinfo.com xəbər verir ki, qabaqcadan razılaşdırılmış plana əsasən Türkiyə ordusu dərhal hücuma reaksiya verib.

Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsindən ASO-ya dəstək üçün terrorçu mövqelərinə artilleriya zərbələrinə başlanılıb.

***

Azad Suriya Ordusunun kürd silahlılarına qarşı əməliyyatına dəstək vermək üçün Türkiyə tankları Afrinə daxil olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hərbi texnikanın heç bir müqavimətə rast gəlmədiyi bildirilir.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatlarının bazar günü başlanılacağını açıqlamışdı.

***

Yerli vaxtla 11:05-də Türk Silahlı Qüvvələri Afrin istiqamətində quru hücumuna başlayıb. Ordu Kilisin Gülbaba kəndi istiqamətində sərhədi keçərək irəliləyib.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Hücumda Bolu və Kayseridən gətirilən xüsusi təyinatlılar və komandosların iştirak etdiyi bildirilir./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkl

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir