Terrorçular Türkiyəni vurdu: Ölən var – Foto

Türkiyənin Afrin istiqamətində başlatdığı əməliyyata qarşılıq olaraq Hatayın Reyhanlı ərazisinə raket zərbələri endirilib.

Beynelxalqinfo.com  xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu bildirilib.

Əraziyə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.

***

Reyhanlı mahalının 3 fərqli ərazisinə raket atıldığı bildirilib.

Məlumata görə, Pınarbaşı, Gültəpə və Mustafa Kamal Paşa məhəllələrinə endirilən raket zərbələri nəticəsində 1 suriyalı həyatını itirib, 32 nəfər isə ağır yaralanıb.

Bundan əlavə, ərazidəki avtomobillər və evlər də zərər görüb.

Polis ərazidə təhlükəsizliyi gücləndirib./axar.az

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir