Afrin əməliyyatı: 9 kənd azad edildi – Video

   Beynelxalqinfo.com xəbər verir ki, qabaqcadan razılaşdırılmış plana əsasən Türkiyə ordusu dərhal hücuma reaksiya verib.

Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsindən ASO-ya dəstək üçün terrorçu mövqelərinə artilleriya zərbələrinə başlanılıb.

***

Azad Suriya Ordusunun kürd silahlılarına qarşı əməliyyatına dəstək vermək üçün Türkiyə tankları Afrinə daxil olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hərbi texnikanın heç bir müqavimətə rast gəlmədiyi bildirilir.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatlarının bazar günü başlanılacağını açıqlamışdı.

***

Yerli vaxtla 11:05-də Türk Silahlı Qüvvələri Afrin istiqamətində quru hücumuna başlayıb. Ordu Kilisin Gülbaba kəndi istiqamətində sərhədi keçərək irəliləyib.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Hücumda Bolu və Kayseridən gətirilən xüsusi təyinatlılar və komandosların iştirak etdiyi bildirilir.

***

Türkiyə Silahı Qüvvələrinin dəstəyi ilə Afrin əməliyyatına başlayan Azad Suriya Ordusu qüvvələri PYD ilə qarşıdurma zamanı Şengel kəndini ələ keçirib.

Şengel Türkiyə sərhədini keçdikdən sonrda ilk kənddir.

***
“Star” qəzetinin yaydığı məlumata görə, Azad Suriya Ordusu YPG-nin nəzarətində olan dörd kəndi – Azman, Şengel, Adamanlı, Balinlini ələ keçirdiyini açıqlayıb.

***
“Hürriyyət” qəzeti hərbi mənbələrə istinadən, türk ordusunun Afrinin içərilərinə doğru təxminən 5 kilometr məsafə qət etdiyini, terrorçulardan azad edilən kəndlərin sayının 9-a çatdığını açıqlayıb./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir