“WhatsApp” pulköçürmələri sistemini sınaqdan keçirir

Ötən ilin aprelində məlum olmuşdu ki, “WhatsApp” Hindistanda P2P pulköçürmələri sistemini istifadəyə verməyə hazırlaşır. Bu yaxınlarda məlum olub ki, “WhatsApp” messencerinə sahib olan “Facebook” şirkəti bu funksiyanı sınaqdan keçirməyə başlayıb.

Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki, pulköçürmələri sistemi “Unified Payments Interface” (UPI) interfeysi üzərində qurulub. Bu interfeys bank hesabları arasında pulköçürmələrini ödənişsiz həyata keçirməyə imkan verir. İlkin mərhələdə mesajlarla mübadilə servisi yalnız istifadəçilər arasındakı ödənişləri dəstəkləyəcək.

Gələcəkdə “WhatsApp”, ehtimal ki, pulköçürmələri sistemi əsasında ödəmə sistemi yaratmağı planlaşdırır, çünki məhz belə sistem şirkətə real pul qazandıra bilər.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir