Naxçıvanda şəhidlər sükutla yad edilib

Bu gün saat 12.00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Sükut zamanı əqliyyatın hərəkəti dayanıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.

Beynelxalqinfo.com xəbər verir ki, bu gün muxtar respublikanın bütün şəhər və rayonlarında 20 Yanvar hadisələri ilə bağlı anma mərasimləri keçirilir. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Naxçıvan şəhər  ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanlarını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

Vətənin azadlığı, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq./naxcivantv.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir