Elita Putindən üz çevirir – Xəfiyyə

Rusiya elitası arasında Prezident Vladimir Putinin fəaliyyətinə görə narazılıq artır.

Beynelxalqinfo.com xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş sədri Nikolay Malomuj söyləyib. Onun sözlərinə görə, narazılıq daha çox aktivlərin həbsi ilə bağlı yaranıb.

“Daxili qüvvələrin narazılıqlarını dilə gətirməsi böyük təhlükədir. Regional elitalar güclü etirazlar edir. Bu, xüsusilə, Tatarıstanda müşahidə edilir. Bir sıra regionlarda isə artıq qaynar nöqtələr yaranır. Bu ərazilər həyat səviyyəsinin həddən artıq aşağı olduğu bölgələrdir. Putinin özü üçün isə ən böyük təhdid yaxın ətrafında yaranan narazılıqdır. Bu, hələlik partlayış səviyyəsinə çatmayıb. İqtisadi, sosial, maliyyə vəziyyəti pisləşəndə, ölkə SWIFT sistemindən uzaqlaşdırılanda Putin bu qrupun dəstəyini itirəcək. Bu isə qeyri-stabillik və hakimiyyətin itirilməsi deməkdir. Bugünkü məlumatlara görə, maliyyə, administrativ qüvvələr, xüsusi xidmət orqanları, KİV-lər hazırda yalnız seçki kampaniyasına yönləndiriliblər. Ona görə də indi ölkədə sistemli destabilizasiya gözlənilmir”, – deyə o bildirib./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir