Yeni “LG” monitorları “HDR” texnologiyasını dəstəkləyəcək

“LG” şirkəti “High Dynamic Range” (HDR) texnologiyasını dəstəkləyən üç yeni monitor modeli təqdim edib. “27UK650-W”, “29WK600-W” və “34WK650-W” adlı qurğular müvafiq olaraq 27, 29 və 34 düym diaqonallı ekranlarla təchiz edilib.

  Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki,  monitorlardan birinin təsvir ölçüsü 3840х2160 piksel, digər ikisinin isə 2560х1080 piksel təşkil edir. Yeni qurğular horizontal və vertikal üzrə 178 dərəcə baxış bucağı, 1000:1 kontrastlıq və 5 milli-saniyə reaksiya vermə vaxtı ilə xarakterizə edilir.

“27UK650-W” monitoru 350 kd/m2, “29WK600-W” və “34WK650-W” isə 300 kd/m2 maksimal işıq parlaqlığına malikdir. Qurğuların hər biri iki “HDMI” çıxışı və bir “DisplayPort” ilə təchiz olunub. Bundan əlavə, qaranlıq yerlərdə keyfiyyətli təsviri təmin edən “Black Stabilizer” texnologiyası dəstəklənir.

Yeni “LG” monitorlarının yanvarın sonunda satışa çıxarılması nəzərdə tutulur.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir